Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda iki avtomobil toqquşub, ölən və yaralanan var.
Bakı şəhər Baş Polis İdarəsindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 31-i saat 23:55 radələrində Y.Səfərov küçəsində Bakı şəhər sakinləri Taleh Muxtarovun idarə etdiyi "VAZ-2106" markalı və Mahir Razayevin idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub.
Nəticədə, xəsarət alanlar - "VAZ-2106" markalı avtomobilin sürücüsü Muxtarov və sərnişini Kərim Kərimov Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. "BMW" markalı avtomobildə olan sərnişin Fərid Yusifov isə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Bakıda iki avtomobil toqquşub, ölən və yaralanan var
Bakıda iki avtomobil toqquşub, ölən və yaralanan var.