Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Sumqayıtda dəmirçi sexində partlayış baş verib, yaralılar var.
Daxili İşlər Nazirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, oktyabrın 31-də saat 15:00 radələrində Sumqayıt şəhəri ərazisində dəmirçi sexlərinin birində şəhər sakinləri Bayram Feyzullayev və Mehman Hacıyev avtomaşında qaynaq işləri apararkən partlayış baş verib.
Onlar xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Feyzullayevin vəziyyəti qənaətbəxşdir, Hacıyevə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.