...

Suriyada toqquşmalarda 22 nəfər həlak olub

Hadisə Materials 7 Noyabr 2011 15:19 (UTC +04:00)
Qurban bayramından sonrakı ilk günlərdə Suriyanın müxtəlif şəhərlərində toqquşmalarda 22 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qətərin "Əl-Cəzirə" telekanalı xəbər yayıb.
Suriyada toqquşmalarda 22 nəfər həlak olub

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Qurban bayramından sonrakı ilk günlərdə Suriyanın müxtəlif şəhərlərində toqquşmalarda 22 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Qətərin "Əl-Cəzirə" telekanalı xəbər yayıb.

Suriyada hökumət əleyhinə etiraz aksiyaları təqribən səkkiz aydır davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, indiyə qədər toqquşmalar nəticəsində ölənlərin sayı 3 min nəfəri keçib. Suriya hökuməti isə hər iki tərəfdən 1,5 min nəfərdən çox insanın, o cümlədən 1,1 min nəfərdən çox təhlükəsizlik orqanları əməkdaşının öldüyünü bildirir.

Ölkə müxalifəti Prezident Bəşşar əl-Əsədin istefasını və siyasi islahatların keçirilməsini tələb edir. ABŞ və Avropa İttifaqı əl-Əsədi istefaya getməyə çağırıb və Suriyaya qarşı sanksiyaların tətbiq edilməsində təkid edirlər.

Suriyanın hüquq-mühafizə qüvvələri artıq beş gündür ki, Xüms şəhərinin mühasirəsini davam etdirirlər.

"Xümsün mühasirəsi sakinlərin iradəsini qırmaq məqsədi daşıyır", - Suriya Milli Şurasının bəyanatında deyilir.

Müxalifət Şurasının üzvləri birgə bəyanatda ölkənin təhlükəsizlik orqanlarını pisləyirlər. Bəyanatda qeyd olunur ki, Xüms sakinlərinin şəhəri tərk etmək, daha təhlükəsiz yer tapmaq imkanları yoxdur.

Xəbər lenti

Xəbər lenti