...

Türk xüsusi təyinatlıları PKK tərəfindən qaçırılan bərəyə hücum etməyə hazırlaşırlar

Hadisə Materials 12 Noyabr 2011 00:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Cümə günü axşam saatlarında Türkiyənin İzmit limanında göyərtəsində 17 sərnişin və 4 heyət üzvü olan bərə qaçırılıb.

Türkiyənin nəqliyyat naziri Binali Yıldırım NTV telekanalının efirində bildirib ki, "Kartepe" adlı bərə PKK terror təşkilatının üzvləri tərəfindən qaçırılmışdı. Nazirin sözlərinə görə, terrorçuların tələbləri hələ ki məlum deyil.

Yıldırımın sözlərinə görə, qayığın zəbt edilməsində partladıcı qurğuları olan dörd və ya beş nəfərin iştirak etməsi ehtimal olunur.

CNN Türk telekanalının məlumatına əsasən, xüsusi təyinatlı dəstələr yaxın saatlarda qayığa hücum etməyə hazırlaşırlar. Bərəni sahil mühafizəsinin altı kateri müşayiət edir.

Xəbər lenti

Xəbər lenti