...

Kürdəmirdə yağan intensiv yağışlar nəticəsində 10-dan çox ev qəzalı vəziyyətə düşüb

Hadisə Materials 14 Noyabr 2011 18:18 (UTC +04:00)
Kürdəmir rayonunda yağan intensiv yağışlar nəticəsində 150-dən artıq ev su altında qalıb, 10-dan çox ev isə qəzalı vəziyyətdədir.
Kürdəmirdə yağan intensiv yağışlar nəticəsində 10-dan çox ev qəzalı vəziyyətə düşüb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir A.Salmanov/

Kürdəmir rayonunda yağan intensiv yağışlar nəticəsində 150-dən artıq ev su altında qalıb, 10-dan çox ev isə qəzalı vəziyyətdədir.

Trend-in bölgə müxbirinin məlumatına görə, hazırda müvafiq qurumlar su nasosları vasitəsilə su altında qalan evləri təmizləyir. Yağış və qrunt sularının kollektorlara axıdılması üçün 30-dan çox nasos quraşdırılıb.

Canlı qüvvə və texnika işləsə də, bəzi həyətlərdə suyun hündürlüyü 50 sm-ə çatıb.

Noyabrın 12-dən başlayaraq Azərbaycan ərazisində anomal hava şəraiti hökm sürür. Sinoptiklərin məlumatına görə, sabahdan temperatur nisbətən yüksələcək.

Xəbər lenti

Xəbər lenti