...

Qazaxda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Hadisə Materials 26 Noyabr 2011 13:19 (UTC +04:00)
Qazaxda ağır yol qəzası nəticəsində dörd nəfər yaralıb, bir nəfər ölüb.
Qazaxda ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Azərbaycan, Bakı, 26 noyabr / Trend müxbir E.Mehdiyev/

Qazaxda ağır yol qəzası nəticəsində dörd nəfər yaralanıb, bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, noyabrın 25-də saat 08.45 radələrində Qazax rayonu ərazisində rayon sakinləri Anar Cəlilovun idarə etdiyi "VAZ-2106" markalı və Sahib Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.

Məlumatda qeyd olunur ki, nəticədə Əhmədovun xəsarət almış sərnişinləri, Qazax rayon sakini Rizvan Salayev, Bakı şəhər sakinləri Nuranə Tağıyeva, Aynurə Qafarova, habelə Cəlilov və sərnişini, Qazax rayon sakini Qara Məmmədov xəstəxanaya yerləşdirilib.

Salayev orada ölüb.

Faktla bağlı DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti