...

Bişkək meri ölümlə nəticələnmiş yol qəzasına görə oğlunun məsuliyyətə cəlb edilməsini istəyir

Hadisə Materials 28 Noyabr 2011 16:46 (UTC +04:00)
Bişkək şəhərinin meri İsa Omurkulov oğlunun iştirakı ilə baş vermiş və ölümlə nəticələnmiş yol qəzası faktına görə məhkəmə hökmünə yenidən baxılmasında və oğlunun məsiliyyətə cəlb edilməsində təkid edəcək.
Bişkək meri ölümlə nəticələnmiş yol qəzasına görə oğlunun məsuliyyətə cəlb edilməsini istəyir

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bişkək şəhərinin meri İsa Omurkulov oğlunun iştirakı ilə baş vermiş və ölümlə nəticələnmiş yol qəzası faktına görə məhkəmə hökmünə yenidən baxılmasında və oğlunun məsiliyyətə cəlb edilməsində təkid edəcək. Trend-in məlumatına görə, bu barədə Omurkulov özü bazar ertəsi KirTAQ agentliyində keçirilən mətbuat konfransında bəyan edib.

"Məhkəmə prosesi qanun çərçivəsində dayandırılıb. Mən həm ata, həm də vətəndaş kimi hesab edirəm ki, Konstitusiyaya uyğun olaraq, hər kəs qanun qarşısında bərabərdir və mənim oğlum da istisna deyil. Bununla əlaqədar olaraq, mən məhkəmə işinə yenidən baxılmasını xahiş etmək niyyətindəyəm. Qanunçuluğun və ədalətli qərarın təmin olunması üçün bəyan edirəm ki, mənim oğlum cəza çəkəcək", - İsa Omurkulov bildirib.

Paytaxtın meri qeyd edib ki, nə onun, nə də oğlunun "məsuliyyətdən yayınmaq fikirləri olmayıb".

"Yol qəzasının baş verdiyi andan mənim tərəfimdən mənəvi və etik normalarda ziddiyyət təşkil edən qanunazidd hərəkətə yol verilməyib. Avqustun 15-də baş vermiş avtomobil qəzasında üç gənc həlak olub. Yol-nəqliyyat hadisəsinin iştirakçısının ailə başçısı kimi, əvəzedilməz itkinin acılığını bölüşürəm", - mer deyib.

Xatırladaq ki, avqustun 15-də Bişkək-Toruqat avtomobil yolunun 50-ci kilometrliyində sükan arxasında Azamat Omurkulovun olduğu 12-50ВS dövlət nömrə nişanlı "Toyota Land Cruiser" "Audi" avtomobili ilə toqquşub. Toqquşma nəticəsində "Audi"nin sürücüsü - Karakol sakini Talqar Turdukeyev (1991-ci il təvəllüdlü) və Bişkək sakini Altınay Turusbekova (1988-ci il) və Kara-Buurin rayonunun Talas vilayətinin sakini Murat uulu Jaynak (1990-cı il) adlı iki sərnişin hadisə yerində həlak olub.

İsa Omurkulovun oğlunun günahı sübuta yetirilib və qəzadan bir ay sonra ona qarşı ittiham irəli sürülüb. Həlak olanların valideynləri Azamat Omurkulovun barəsində şikayəti geri götürüblər. Noyabrın 24-də qəzanın üçüncü qurbanı Altunay Turusbekovanın ailəsi də şikayəti geri götürüb. Bununla əlaqədar müdafiə tərəfindən cinayət işinə xitam verilməsi barədə ərziə verilib və hakim tərəfindən təmin olunub.

Xəbər lenti

Xəbər lenti