...

Gəncədə bir qrup şəxsin etimadını qazanaraq pul alma faktı ilə bağlı cinayət işi başlanılıb

Hadisə Materials 8 Dekabr 2011 13:58 (UTC +04:00)
Gəncədə bir qrup şəxsin etimadını qazanaraq pul alma faktı ilə bağlı cinayət işi başıanılıb
Gəncədə bir qrup şəxsin etimadını qazanaraq pul alma faktı ilə bağlı cinayət işi başlanılıb

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Gəncədə bir qrup şəxsin etimadını qazanaraq pul alma faktı ilə bağlı cinayət işi başıanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, 2009-cu ilin avqust ayında Gəncə şəhər sakini Rahil Kazımov Mingəçevir şəhər sakini Qəzənfər Hümbətovun etimadını qazanaraq ondan 1.000 manat alıb.

Mingəçevir RPŞ əməkdaşları tərəfindən Kazımovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, 2009-cu ilin avqust-sentyabr ayları ərzində şəhər sakinləri Arzu Rəhimovanın, Yaşar Həsənovun və Oğuz rayon sakini Qaçay Həsənovun etimadlarını qazanaraq onlardan müvafiq olaraq 850, 670 və 850 manat alması da müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti