...

Maaşlarını ala bilməyən fəhlələr zavod direktorunu uzun müddət sanitar qovşağında saxlayıblar

Hadisə Materials 11 Dekabr 2011 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir T.Cəfərov/

İranda maaşlarını ala bilməyən fəhlələr zavod direktorunu sanitar qovşağında saxlayıblar və 16 aylıq ala bilmədikləri maaşlarının verilməsini tələb ediblər. Bu barədə Trend İranın shomalnews.com saytına istinadən məlumat verir.

Sayt zavodun adını açıqlamasa da, həmin zavodun İranın Mazandaran əyalətində yerləşdiyini bildirib.

Məlumata əsasən, zavod direktoru uzun muddət tualetdə saxlanıldıqdan sonra şəhərin icra başçısının vasitəçiliyi ilə ordan çıxarılıb. Şəhərin icra başçısı fəhlələrə söz verib ki, bütün istəkləri yerinə yetiriləcək, lakin zavod direktoru azadlığa çıxdıqdan sonra icra başçısı da fəhlələrə verdiyi sözləri yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti