...

Azərbaycanda İraq-Gürcüstan tranzit marşrutu ilə maye qaz daşıyan avtomobil aşıb

Hadisə Materials 28 Dekabr 2011 12:55 (UTC +04:00)
Ələt-Astara yolunda dünən İraq-Gürcüstan tranzit marşrutu ilə maye qaz daşıyan yük avtomobili aşıb.
Azərbaycanda İraq-Gürcüstan tranzit marşrutu ilə maye qaz daşıyan avtomobil aşıb

Azərbaycan, Bakı, 28 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Ələt-Astara yolunda dünən İraq-Gürcüstan tranzit marşrutu ilə maye qaz daşıyan yük avtomobili aşıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Salyan rayonunda Ələt-Astara magistral yolunun 21-ci kilometrliyində İraq-Gürcüstan tranzit marşrutu ilə maye qaz daşıyan "Mercedes" markalı yük avtomobilinin aşması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən aşmış avtomobilin çənində 20 atmosfer təzyiqində 19,4 ton maye qaz olduğu məlum olub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Xilasedicilər hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görüb və avtomobilin qoşqudan ayrılmasını təmin ediblər.

Çənin qaldırılması təhlükəli olduğundan əməliyyat dekabrının 28-dək təxirə salınıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində çənin fasiləsiz mühafizəsi təşkil edilib.

Xəbər lenti

Xəbər lenti