...

Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib

Hadisə Materials 2 Yanvar 2012 15:58 (UTC +04:00)
Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib.
Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib

Azərbaycan, Bakı, 2 yanvar /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda bir neçə yanğın hadisəsi baş verib.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Zaqatala rayonu, Yuxarı Tala kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan tövlədə çardağın yanar konstruksiyaları 35 kv.m sahədə və çardağa yığılmış 10 ton ot bağlamasının 4 tonu yanıb.

Yanğın zamanı tövlədə olan 3 baş iribuynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilib.

Bundan əlavə, Ağdam rayonu, Quzanlı qəsəbəsində (rayon mərkəzindən 5 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzilin eyvanında məişət tullantıları 4 kv.m sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti