...

Bakıda mənzillərdən oğurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 6 Yanvar 2012 12:00 (UTC +04:00)
Bakıda mənzillərdən oğurluq edən şəxslər saxlanılıb.
Bakıda mənzillərdən oğurluq edən şəxslər saxlanılıb

Azərbaycan, Bakı, 6 yanvar / Trend, müxbir K.Zərbalıyeva/

Bakıda mənzillərdən oğurluq edən şəxslər saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, dekabrın 30-da Qala qəsəbə sakini Anar Xəlilovun həyətindəki hindən 7 ədəd hind toyuğu və dekabrın 31-də Türkiyə vətəndaşı Kırıcı Məhəmmədə məxsus Qala qəsəbəsində yerləşən bağ evindən dəmir barmaqlıqları sındırma yolu ilə 2 ədəd televizor, 2 ədəd çanaq antenası avadanlığı, DVD və stabilizator oğurlanıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Mehman Novruzov və əvvəllər məhkum olunmuş Emin Hənifəyev yanvarın 2-də tutulublar.

Araşdırma nəticəsində müəyyən edilib ki, onlar dekabrın 25-dən yanvarın 3-dək olan müddətdə Bakı şəhər sakini Fəridə Şaxtaxtinskaya məxsus Xaşaxuna bağ sahəsindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə çanaq antenası və fotoapparat, Bakı şəhər sakini Zərifə Axundovaya məxsus bağ sahəsindən dəmir barmaqlıqları sındırma yolu ilə ev əşyaları və dekabrın 15-dən 31-dək olan müddətdə həmin bağ massivində yaşayan Mahir Məmmədovun evindən pəncərədən daxil olma yolu ilə çanaq antenası və məişət qabları oğurlayıb.

Saxlanılan şəxslərin yaşadıqları evlərə baxış keçirən Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Novruzovun Xaşaxuna massivindəki evindən 400 qramdan artıq narkotik vasitə olan marixuana aşkar edib.

Xəbər lenti

Xəbər lenti