Azərbaycan, Bakı, 9 yanvar /Trend/
Qvineya-Bisau Respublikasının Prezidenti Malam Batsai Sanha 65 yaşında Parisdə vəfat edib. Bu barədə Trend bazar ertəsi "RİA Novosti"yə istinadən məlumat verir.
Ötən ilin dekabrında məlumat verilirdi ki, Qvineya-Bisau Prezidenti Fransada xəstəxanaya yerləşdirilib.
KİV-in məlumatına görə, Sanhanın səhhətində müxtəlif problemlər var idi. O, xüsusən şəkərli diabetdən əziyyət çəkirdi.