...

İraqda güclü partlayış nəticəsində 15 nəfər ölüb

Hadisə Materials 14 Yanvar 2012 11:58 (UTC +04:00)
В субботу утром в иракском городе Басра на месте скопления шиитских паломников произошел мощный взрыв
İraqda güclü partlayış nəticəsində 15 nəfər ölüb

Azərbaycan, Bakı, 14 yanvar/Trend müxbir A. Tağıyeva/

Şənbə günü səhər İraqın Bəsrə şəhərində şiə zəvvarlarının toplaşdığı yerdə güclü partlayış baş verib. Bu barədə şənbə günü Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

İntiharçı-terrorçunun törətdiyi partlayış nəticəsində 15 nəfər ölüb, onlarla insan isə yaralanıb.

Bu gün İraqda ölkə şiələri "Arbain"ni-yəni Aşuradan-imam Hüseynin öldürülüməsinin ildönümündən 40 gün sonranı qeyd edirlər.

Son 10 gündə İraqda 90 şiə öldürülüb, yüzdən artığı isə xəsarət alıb. "əl-Qaidə" və onunla bağlı terrorçu qrupları ABŞ hərbi kontingentinin İraqdan çıxarılmasından sonra fəallaşıb.

Xəbər lenti

Xəbər lenti