...

Azərbaycanda dünən 3 nəfər intihar edib

Hadisə Materials 18 Yanvar 2012 10:07 (UTC +04:00)
Azərbaycanda dünən 3 nəfər intihar edib.
Azərbaycanda dünən 3 nəfər intihar edib

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dünən 3 nəfər intihar edib.

Cəlilabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Göytəpə qəsəbəsində yaşayan 19 yaşlı Şəfaqət Bünyadova özünü asaraq intihar edib.

Qaxın Ləkit Kütüklü kəndində 1989-cu il təvəllüdlü Coşqun Rəhimov özünü yaşadığı evin həyətindəki zoğal ağacından asıb.

Bakının Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 105, mənzil 32-də yaşayan Aslan Dadaşov özünü asaraq intihar edib.

Hər 3 faktla bağlı rayon prokurorluqlarında Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti