...

Şəmkirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Hadisə Materials 18 Yanvar 2012 13:21 (UTC +04:00)
Şəmkirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.
Şəmkirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Şəmkirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Şəmkir şəhərində "Daewoo" və "VAZ" markalı iki minik avtomobilli toqquşub və elektrik dirəyinə çırpılıb.

Nəticədə, elektrik dirəyi avtomobillərin üzərinə aşıb, hər iki sürücü və 1 nəfər sərnişin xəsarət alıblar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə elektrik dirəyinin kəsilərək avtomobillərin üzərindən götürülməsini təmin ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti