Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir T.Cəfərov/
Bu gün İranın Məşhəd şəhəri və onun ətraf bölgələrində güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi xəbər verir.
Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 16:07-da baş verdiyini bildirib.
Məşhəd şəhəri İranın Xorasan-e Rəzəvi əyalətində yerləşir. Bu şəhərdə səkkizinci İmam Rzanın (ə) ziyarətgahı yerləşdiyi üçün çox sayda zəvvar ziyarət məqsədilə bu şəhərə səfər edir.
Zəlzələnin neçə bal olduğu, dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.