Azərbaycan, Bakı, 27 yanvar /Trend/ müxbir E.Mehdiyev/
Ötən il Bakıda avtomaşından böyük məbləğdə pul oğurlayan şəxs yaxalanıb.
Bakı şəhər BPİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2011-ci il noyabrın 19-da Səfərəliyev küçəsində yerləşən avtoyuyucuda İsa Bağırova məxsus "Hyundai" markalı avtomaşından 7000 ABŞ dolları oğurlayan Bakı şəhər sakini Ağahəsən Bəşirov yanvarın 26-da Nəsimi RPİ-nin 22-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb.