...

İtaliyada güclü zəlzələ baş verib

Hadisə Materials 27 Yanvar 2012 20:15 (UTC +04:00)
Cümə günü İtaliyanın şimalında 5,4 bal gücündə zəlzələ baş verib.
İtaliyada güclü zəlzələ baş verib

Azərbaycan, Bakı, 27 yanvar /Trend/

Cümə günü İtaliyanın şimalında 5,4 bal gücündə zəlzələ baş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Geofizika və Vulkanologiya İnstitutu xəbər verib.

Bir neçə dəqiqə davam edən güclü yeraltı təkanlar Apennin yarımadasının şimal hissəsinin bir çox şəhərlərində, xüsusilə, Milan və Genuyada hiss olunub.

Ekspertlərin məlumatına əsasən, zəlzələnin episentri Emiliya-Romanya bölgəsinin Parma əyalətində olub.

Xəsarət alanlar və dağıntılar haqqında hələlik məlumat verilmir.

İki gün əvvəl də İtaliyanın bu ərazisində 4,9 bal gücündə zəlzələ baş vermişdi. Həmin vaxt zəlzələnin episentri Reco Emiliya əyalətində olub, yeraltı təkanlar isə çərşənbə günü demək olar ki, İtaliyanın bütün şimal bölgələrində hiss olunub.

Xəbər lenti

Xəbər lenti