...

Bakıda avtomobil qaçıran keçmiş məhkum tutulub

Hadisə Materials 3 Fevral 2012 12:32 (UTC +04:00)
Bakıda keçmiş məhkum avtomobil qaçırıb.
Bakıda avtomobil qaçıran keçmiş məhkum tutulub

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda keçmiş məhkum avtomobil qaçırıb.

Bakı şəhər Baş Polis İdarəsindən cümə günü Trend-ə verilən məlumata görə, fevralın 2-si saat 10:20 radələrində Bəşir Səfəroğlu küçəsində yaşayan İlham Valehova məxsus "Mitsubishi Pajero" markalı avtomobil evinin qarşısından qaçırılıb.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Abdullayev avtomobillə birlikdə Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, üzərinə baxış keçirilərkən 0,241 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti