Azərbaycan, Bakı, 3 fevral /Trend müxbir K.Zərbalıyeva/
Cəlilabad sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində ölüb.
Trend-in cümə günü Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 2-də saat 16:00 radələrində Cəlilabad rayonunun Günəşli kənd sakini Araz Baxşıyev kəndin ərazisindəki istifadə edilməyən köhnə şərab zavodunun hasarından aşarkən ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açılmış atəşdən aldığı xəsarətdən ölüb.
Hadisə yerindən 1 ədəd "TOZ-16" markalı tüfəng götürülüb.
İlkin məlumatlara əsasən, Baxşıyev ovdan qayıdarkən yolu qısa olsun deyə, zavodun hasarından aşmaq istəyib.
Cəlilabad sakini odlu silahdan açılan atəş nəticəsində ölüb
Cəlilabad sakini ehtiyatsızlıqdan odlu silahdan açılan atəş nəticəsində ölüb.
