Azərbaycan, Bakı, 4 fevral / Trend müxbir K.Zərbalıyeva/
Abşeronda bir ailə dəm qazından zəhərlənib.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 3-də Abşeron rayon sakinləri Cavid Rəfiyev, arvadı Vüsalə və 3 azyaşlı uşaqları, Ramilə Allahverdiyeva və onun oğlu 8 yaşlı Fərid, Şəlalə İbrahimova, Ruqiyyə Salmanova, Nizami (Gəncə) rayon sakini Sevgi Əhmədova öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.