...

Azərbaycan Ordusunun əsgəri ölüb

Hadisə Materials 6 Fevral 2012 10:50 (UTC +04:00)
Azərbaycan Ordusunun əsgəri ölüb.
Azərbaycan Ordusunun əsgəri ölüb

Azərbaycan, Bakı, 6 fevral / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan Ordusunun əsgəri ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, N saylı hərbi hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Əmiraslanov Mehman Əmiraslan oğlu xidməti silahından açılan atəş nəticəsində dünyasını dəyişib.

Abdullayev deyib ki, ölümün səbəbləri araşdırılır.

Hadisə Müdafiə Nazirliyinin Ağdam rayonundakı N saylı hərbi hissəsində baş verib.

Əmiraslanov 2011-ci ildə Qaradağ Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Xəbər lenti

Xəbər lenti