Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir M.Əliyev/
Masallı rayonu, Qızılağac kədində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində (rayon mərkəzindən 24 km aralı) yanğın olub.
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata görə, yaşayış üçün istifadə olunan ümumi sahəsi 16 kv.m olan vaqon tipli otaq yanıb, içərisində olan 2 nəfər azyaşlı uşaq ölüb.
Yanğınsöndürənlər hadisə yerinə çağırılmayıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.