...

Bakıda Kanada vətəndaşının meyiti tapılıb

Hadisə Materials 8 Fevral 2012 18:23 (UTC +04:00)
2012-ci il fevralın 4-də Nəsimi rayonu İ.Qasımov küçəsindəki 10 saylı binanın 36-cı mənzilində, orada kirayədə yaşayan Kanada vətəndaşı Smit Stefen Markın üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib.
Bakıda Kanada vətəndaşının meyiti tapılıb

Azərbaycan, Bakı, 8 fevral /Trend/

2012-ci il fevralın 4-də Nəsimi rayonu İ.Qasımov küçəsindəki 10 saylı binanın 36-cı mənzilində, orada kirayədə yaşayan Kanada vətəndaşı Smit Stefen Markın üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan çərşənbə günü Trend-ə verilən məlumata görə, idarə və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə müasir kriminalistik texniki vasitələrdən istifadə etməklə hadisə yerinə və meyitə baxış keçirib, digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri görülüb.

Məhkəmə-tibbi ekspertizasının ilkin rəyinə əsasən, Markın ölümünə səbəb onun dəm qazından zəhərlənməsi olub.

Fakt üzrə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti