Azərbaycan, Bakı, 10 fevral / Trend müxbir T.Cəfərov/
Bu gün İranın Kirman əyalətinin Kiyanşəhr şəhəri yaxınlığında 3,5 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın İRNA agentliyi xəbər verir.
Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 01:16-da baş verdiyini bildirib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.