Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var.
Trend-in bazar ertəsi Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda "Kia" və "Land Rover" markalı 2 minik avtomobili toqquşub.
Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, sürücülər isə xəsarət alıblar.
Hadisə yerinə cəlb olunmuş xilasedicilər müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var
Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var.
