...

Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması zamanı xəzarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir

Hadisə Materials 18 Fevral 2012 10:24 (UTC +04:00)
Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində üç Azərbaycan vətəndaşı xəsarət alıb
Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması zamanı xəzarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti qənaətbəxşdir

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir A.Tağıyeva/

Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində üç Azərbaycan vətəndaşı xəsarət alıb.

Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Türkiyədə İstanbul - Ağrı istiqamətində hərəkət edən sərnişin avtobusu Ərzincan vilayəti ərazisində başqa bir avtobusla toqquşub.

Qəza nəticəsində 21 sərnişin xəsarət alıb.

Sərnişinlərdən 3 nəfəri Azərbaycan vətəndaşıdır.

Erzincanın müxtəlif xəstəxanalarına çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Neon Xəstəxanasından Trend-ə bildiriblər ki, xəsarət alan azərbaycanlıların vəziyyəti normaldır.

Xəbər lenti

Xəbər lenti