...

Bakıda məhkuma gətirilmiş sovqatdan heroin tapılıb (FOTO)

Hadisə Materials 20 Fevral 2012 13:28 (UTC +04:00)
Cəzaçəkmə müəssisəsində məhkuma şirniyyat qutusunda heroin keçirilməsinin qarşısı alınıb.
Bakıda məhkuma gətirilmiş sovqatdan heroin tapılıb (FOTO)

Azərbaycan, Bakı, 20 fevral / Trend müxbir K.Zərbalıyeva/

Cəzaçəkmə müəssisəsində məhkuma şirniyyat qutusunda heroin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, xidmətin və 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 saylı cəzaçəkmə müəssisəsinin görüş otağında məhkum Dadaşov Elçin Rafiq oğlunun üzərinə və ona gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı "Antonelli & Croissants" etiketli şirniyyat qutusunun içindən sellofana bükülmüş 14 ədəd xırda daşa bənzər kristallaşmış, ümumi çəkisi 12,042 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

31 yaşlı Dadaşov Cinayət Məcəlləsinin 317.2.1; 67-ci maddələri ilə təqsirli bilinərək 5 il 10 ay müddətinə azadlıqdan məhrum edildiyi üçün həmin müəssisədə cəza çəkir.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti