...

Bakıda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların adları müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 21 Fevral 2012 10:36 (UTC +04:00)
Bakıda bazar ertəsi axşamı Qara Qarayev metrosunun qarşısında avtobusun aşması nəticəsində xəsarət alanların adları müəyyənləşib.
Bakıda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanların adları müəyyənləşib (ƏLAVƏ OLUNUB)

Qəzanın təfərrüatları əlavə olunub (ilk xəbər saat 09:32-də yayılıb)

Azərbaycan, Bakı, 21 fevral / Trend müxbir K.Zərbalıyeva/

Bakıda bazar ertəsi axşamı Qara Qarayev metrosunun qarşısında avtobusun aşması nəticəsində xəsarət alanların adları müəyyənləşib.

Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, dünən saat 19:00 radələrində Qara Qarayev prospekti, 9-da 1971-ci il təvəllüdlü Ağsu rayon sakini Aydın Abdullayevin idarə etdiyi "Daewoo" markalı 10 TG404 nömrə nişanlı 12 saylı marşrut avtobusu 1982-ci il təvəllüdlü Bakı şəhər sakinləri Sənan Bayramovun idarə etdiyi "Mercedes" və 1967-ci il təvəllüdlü Mübariz Abdullayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobilləri ilə toqquşub.

Qəza zamanı avtobus aşıb və nəticədə 1 nəfər, 1972-ci il təvəllüdlü İncilə Ağayeva hadisə yerində ölüb, avtobusun sürücüsü və 15 sərnişini xəsarət alıb.

Xəsarət alan sərnişinlər aşağıdakılardır:

Nigar Fərzəliyeva, Svetlana Abbasova, Rizayə Quliyeva, Rusxanım Maqbulova, Bəlalı Məlikov, Gilas Məmmədova, İman Bayramov, Hidayət Məmmədov, Nərgiz Alıbəyova, Seymur Manafov, Vəfadar Məmmədov, Səlimə Muradova, Sultan Məmmədov, Mirayə Arxipova, Xəyal Sadıqov.

Yaralılardan avtobusun sürücüsü Aydın Abdullayev, Gilas Məmmədova və Bəlalı Məlikov hazırda xəstəxanadadır.

Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti