...

Balakəndə itkin düşmüş iki məktəbli qız tapılıb

Hadisə Materials 29 Fevral 2012 12:05 (UTC +04:00)
Balakəndə itkin düşmüş iki məktəbli qız tapılıb.
Balakəndə itkin düşmüş iki məktəbli qız tapılıb

Azərbaycan, Bakı, 29 fevral / Trend müxbir K.Zərbalıyeva/

Balakəndə itkin düşmüş iki məktəbli qız tapılıb.

Balakən rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, rayon sakinləri, 16 yaşlı N.Ö və M.Ə özləri evə qayıdıblar.

Polisdən bildirilib ki, məktəbli qızlar 1 gün evdə olmayıblar və özləri sonradan evə qayıdıblar.

Qeyd edək ki, qızlar evdən məktəbə getmək adı ilə çıxıb və sonradan evə qayıtmayıblar. Ailələri bu barədə polisə məlumat verib.

Qeyd edək ki, bir müddət öncə Kürdəmirdə 3 məktəbli qız müəllim yanına hazırlığa getmək adı ilə evdən çıxaraq Bakıya internet vasitəsilə tanış olduqları oğlanlarla görüşə gediblər.

Xəbər lenti

Xəbər lenti