...

Bakı sərnişin avtobuslarında cibgirlik etməkdə şübhəli bilinən qadın tutulub

Hadisə Materials 10 Mart 2012 11:29 (UTC +04:00)
Bakı sərnişin avtobuslarında cibgirlik etməkdə şübhəli bilinən qadın tutulub
Bakı sərnişin avtobuslarında cibgirlik etməkdə şübhəli bilinən qadın tutulub

Azərbaycan, Bakı, 10 mart/ Trend müxbir M.Əliyev/

Bakı sərnişin avtobuslarında cibgirlik etməkdə şübhəli bilinən qadın tutulub.

Trend-in məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən şənbə günü bildirilib ki, ötən il sentyabrın 28-də 81 saylı avtobusda Bakı şəhər sakini Zərqələm Fərhadovanın əl çantasından 255 manat, dekabrın 23-də isə Naxçıvanski küçəsində yerləşən bazarda Tofiqə Məmmədovanın əl çantasından 217 manat oğurlanmışdı.

Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 32-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zenfira Şabanova tutulub.

Xəbər lenti

Xəbər lenti