...

Tovuz sakini həmkəndlisini qətlə yetirib

Hadisə Materials 13 Mart 2012 12:24 (UTC +04:00)
Tovuz sakini həmkəndlisini qətlə yetirib.
Tovuz sakini həmkəndlisini qətlə yetirib

Azərbaycan, Bakı, 13 mart / Trend müxbir K.Zərbalıyeva/

Tovuz sakini həmkəndlisini qətlə yetirib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, martın 12-də saat 20:00 radələrində rayonun Abulbəyli kənd sakini 1987-ci il təvəllüdlü Qəhrəmanov Emin Rafael oğlu bıçaq xəsarəti ilə rayon mərkəzi xəstəxanasına daxil olub və aldığı xəsarətdən orada ölüb.

Fakta görə prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmaqla, zəruri istintaq hərəkətləri həyata keçirilib və cinayətin aləti olan bıçaq aşkar edilərək götürülüb.

Qəhrəmanovun həmkəndlisi, 1977-ci il təvəllüdlü Ələsgərov Hafiz Alik oğlu rayon polis şöbəsinə könüllü gələrək təslim olub və törətdiyi əməli etiraf edib.

O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti