...

Bakıda mənzillərdən və İran vətəndaşına məxsus fabrikdən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 19 Mart 2012 12:04 (UTC +04:00)
Bakıda mənzillərdən və İran vətəndaşına məxsus fabrikdən oğurluq edən şəxs saxlanılıb.
Bakıda mənzillərdən və İran vətəndaşına məxsus fabrikdən oğurluq edən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 19 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda mənzillərdən və İran vətəndaşına məxsus fabrikdən oğurluq edən şəxs saxlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Kamran Muradov martın 17-də yaxalanıb.

Müəyyən edilib ki, Muradov 2011-ci il iyulun 1-də Bünyatov küçəsində yaşayan Hakim Namazovun evindən açar seçmə yolu ilə 1500 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 7-nə keçən gecə Sabunçu qəsəbə sakini Nurəddin Səlimovun evindən pəncərənin dəmir barmaqlıqlarını kəsmə yolu ilə mobil telefon və qızıl-zinət əşyaları, oktyabrın 4-də Ramana qəsəbəsində yaşayan Nizami İsmayılovun evindən pənəcərədən keçmə yolu ilə 200 manat, eyni ünvanda yaşayan qardaşı Siyafət İsmayılovun evindən isə DVD və 1000 manat dəyərində qızıl-zinət əşyaları, bir ay sonra Sabunçu qəsəbəsi Y.Saratov küçəsində yaşayan Rəşad Qasımovun evindən açar seçmə yolu ilə 1600 manat və gümüş əşyaları, dekabrın 8-nə keçən gecə isə Sabunçu qəsəbəsi Elnarə Məmmədovanın evindən pənəcərədən keçmə yolu ilə 1800 manat və qızıl-zinət əşyaları oğurlayıb.

Muradov bu ilin fevral və mart aylarında da oğurluq planını həyata keçirib. O, fevralın 9-da Q.Vəzirov küçəsində yaşayan Araz Qaralovun evindən pəncərəni sındırma yolu ilə qızıl-zinət və məişət əşyaları, fevralın 21-də Balaxanı qəsəbəsində yaşayan İlqar Abdullayevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə gödəkçə, fevralın 19-dan 26-dək olan müddətdə Mədən küçəsində yaşayan Sədaqət Paşayevanın evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə televizor, noutbuk və modem, martın 7-də E.Mehdiyev küçəsində yaşayan Füzuli Cəlilovun evindən pəncərədən keçmə yolu ilə 600 manat və 7800 ABŞ dolları oğurlayıb.

Martın 3-də isə İran vətəndaşı Hümən Fərzanəyə məxsus, E.Mehdiyev küçəsində yerləşən fabrikdən pəncərədən keçmə yolu ilə 6 ədəd kompyuter oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti