Azərbaycan, Bakı, 22 mart /Trend/
"Azərsu" ASC-yə məxsus dəmir boruları oğurlamış şəxslər saxlanılıb.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən yaydığı məlumata görə, Abşeron RPŞ əməkaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-də Ceyranbatan qəsəbəsi ərazisindəki "Azərsu" ASC-yə məxsus dəmir boruları oğurlamış Bərdə rayon sakinləri Şəmil Ziyadov və Nazim Quluzadə saxlanılıblar.