...

Biləsuvarda ev yanıb, ata və iki azyaşlı övladı yanıq xəsarəti alıb

Hadisə Materials 2 Aprel 2012 09:16 (UTC +04:00)
Biləsuvarda yaşayış evində yanğın olub, ata və iki azyaşlı övladı yanıq xəsarəti alıb.
Biləsuvarda ev yanıb, ata və iki azyaşlı övladı yanıq xəsarəti alıb

Azərbaycan, Bakı, 2 aprel / Trend müxbir K.Zərbalıyeva/

Biləsuvarda yaşayış evində yanğın olub, ata və iki azyaşlı övladı yanıq xəsarəti alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Biləsuvar rayonu Yuxarı Ağalı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan qamışdan ibarət tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1948-ci il təvəllüdlü Muradov Seyfulla Ələkbər oğlu, övladları 2007-ci il təvəllüdlü Muradov Rəhman Seyfulla oğlu və 2006-cı il təvəllüdlü Muradova Səbinə Seyfulla qızı yüngül yanıq xəsarətləri ilə təcili yardım tərəfindən rayon mərkəzi xəstəxanasına aparılıb.

Xəbər lenti

Xəbər lenti