...

Azərbaycanda iş adamının dövlət əmlakını qanunsuz ələ keçirməsi faktı aşkarlanıb

Hadisə Materials 4 Aprel 2012 12:25 (UTC +04:00)
Azərbaycanda iş adamı dövlət orqanının möhür və rekvizitlərini saxtalaşdıraraq dövlət əmlakına qeyri-qanuni sahiblik əldə edib.
Azərbaycanda iş adamının dövlət əmlakını qanunsuz ələ keçirməsi faktı aşkarlanıb

Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda iş adamı dövlət orqanının möhür və rekvizitlərini saxtalaşdıraraq dövlət əmlakına qeyri-qanuni sahiblik əldə edib.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşklarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, "Meyniman-1" MMC-nin təsisçisi və direktoru, Şirvan şəhər sakini Həmidxan Mürvətov Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin möhür və rekvizitlərini saxtalaşdırmaqla, Respublika Meliorasiya və Su Təsərrüfatı ASC-nin Göyçay rayonu Qaraməryəm kəndinin ərazisindəki 10 kilometr uzunluğunda dəmir borunun 96000 manata satılması barədə 15 fevral 2012-ci il tarixli müqavilə ilə dövlət əmlakına qeyri-qanuni olaraq sahiblik hüququnu əldə edib.

Mürvətovun boruları kəsib satmaq üçün həmin əraziyə gətirdiyi metal kəsmək üçün nəzərdə tutulmuş 60 ədəd kislorod balonları və 1 ədəd "ÇTZ" markalı boru düzən traktor maddi subut kimi götürülərək Göyçay rayon Suvarma Sistemləri İdarəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti