...

Qəbələdə qar uçqununa düşmüş şəxslərin izləri aşkarlanıb

Hadisə Materials 6 Aprel 2012 11:51 (UTC +04:00)
Qəbələdə qar uçqununa düşmüş şəxslərin olduğu yer müəyyən olunub.
Qəbələdə qar uçqununa düşmüş şəxslərin izləri aşkarlanıb

Azərbaycan, Bakı, 6 aprel / Trend müxbir K.Zərbalıyeva/

Qəbələdə qar uçqununa düşmüş şəxslərin olduğu yer müəyyən olunub.

Qəbələ rayon polis şöbəsindən Trend-ə bildiriblər ki, həmin şəxslərin ayaq izləri aşkar edilib. İzlərin qutardığı yer isə iki uçurumun altındadır. Hazırda həmin ərazidə qarın hündürlüyü 10-15 metr olduğundan və qar uçqunu davam etdiyindən həmin şəxslərin axtarışında problemlər yaranıb.

Şöbədən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, helikopter və itləri, həmçinin polis şöbəsinin əməkdaşları da cəlb olunub və axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, Vəndam kənd sakinləri 1992-ci il təvəllüdlü Elvin Kərimov, 1990-cı il təvəllüdlü Nazir Bayramov və 1991-ci il təvəllüdlü Zakir Məmmədov ov etmək məqsədilə dağa gedib və geri qayıtmayıb.

Yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər.

Faktla bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.

Xəbər lenti

Xəbər lenti