Azərbaycan, Bakı, 9 aprel / Trend müxbir K.Zərbalıyeva/
Türkiyə vətəndaşı idarə etdiyi avtomobillə 1 yaşlı uşağı vurub.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 7-də saat 09:00 radələrində Yevlax rayonunun Qoyunbinəsi kənd sakini Şərif Bəşirova məxsus həyətdə Türkiyə vətəndaşı İsmet Kılınc "Ford" markalı avtomaşını arxaya verərkən Bəşirovun 1 yaşlı oğlu Ramizi vurub.
Nəticədə Ramiz hadisə yerində ölüb.