...

Bakıda 5 nəfər liftdə qalıb

Hadisə Materials 14 Aprel 2012 13:18 (UTC +04:00)
Ötən gün Bakıda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
Bakıda 5 nəfər liftdə qalıb

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir I.Isabalayava/

Ötən gün Bakıda 5 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Trend şənbə günü Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 8-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 03:15-də başa çatıb.

FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş digər məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda on ikimərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 1-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaratıblar. Əməliyyat saat 22:05-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti