...

Tovuzda məktəbli qız intihar edib

Hadisə Materials 19 Aprel 2012 09:35 (UTC +04:00)
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Tovuzda məktəbli qız intihar edib

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Tovuzda 13 yaşlı məktəbli qız intihar edib.

Rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aprelin 18-də saat 16:00 radələrində rayonun Aşağı Mülkülü kəndində 1999-cu il təvəllüdlü Məsmə Quliyeva yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib.

Rayon prokuroru Fəxrəddin Məmmədov Trend-ə bildirib ki, Quliyeva irsi qan xəstəliyindən - hemofiliyadan əziyyət çəkib. Hemofiliya xəstəsi kimi bir neçə ildir qeydiyyatda olub.

Onun üzərində bir neçə dəfə əməliyyat aparılıb, dalağı çıxarılıb.

İntihar etməsinə də ilkin səbəb kimi bu xəstəlikdən əziyyət çəkməsi göstərilir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti