...

Suraxanıda iki yol qəzasında 5 nəfər xəsarət alıb

Hadisə Materials 20 Aprel 2012 09:31 (UTC +04:00)
Bakının Suraxanı rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən iki yol qəzası olub.
Suraxanıda iki yol qəzasında 5 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 20 aprel / Trend müxbir K.Zərbalıyeva/

Bakının Suraxanı rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən iki yol qəzası olub.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, dünən saat 21:00 radələrində Zığ-Hövsan yolunda "Tofaş" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Qəzada 3 nəfər xəsarət alıb.

Həmin saatda Qaraçuxur qəsəbəsində iki "Mercedes" markalı minik avtomobili toqquşub. Qəzada iki nəfər xəsarət alıb.

Hər iki fakt üzrə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti