Azərbaycan, Bakı, 10 may / Trend müxbir K.Zərbalıyeva/
Ukraynada Azərbaycan diasporunun rəhbərlərindən biri maskalı şəxslər tərəfindən qətlə yetirilib.
Donetsk Vilayəti Azərbaycanlılar Konqresinin sədri İqbal Mahmudov mayın 9-da Makiyevka şəhərində Böyük Vətən müharibəsi veteranları ilə açıq havada görüş keçirərkən qətlə yetirilib.
Konqresdən Trend-ə verilən məlumata görə, iki naməlum motoskiletçi Mahmudova atəş açaraq hadisə yerindən uzaqlaşıb.
Mahmudova dəyən 3 güllədən biri onun ciyərini parçalayıb.
Qətlin motivi haqqında hələlik məlumat yoxdur.