...

Bakı polisi 10 ildən artıqdır axtarışda olan şəxsi tutub

Hadisə Materials 16 May 2012 13:45 (UTC +04:00)
Onun üzərinə baxış zamanı fotoşəkili yapışdırılmış, lakin Bakı şəhər sakini İldırım Sərdarova məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb.
Bakı polisi 10 ildən artıqdır axtarışda olan şəxsi tutub

Azərbaycan, Bakı, 16 may / Trend müxbir K.Zərbalıyeva/

Bakı polisi 10 ildən artıqdır axtarışda olan şəxsi tutub.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (95-ci) maddəsilə ilə Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən axtarışda olan Azad Rüstəmov Zabrat qəsəbəsindəki evində Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Onun üzərinə baxış zamanı fotoşəkili yapışdırılmış, lakin Bakı şəhər sakini İldırım Sərdarova məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti