...

Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib

Hadisə Materials 21 May 2012 19:37 (UTC +04:00)
Bazar ertəsi yerli vaxtla saat 17:46-da Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib.
Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib

Azərbaycan, Bakı, 21 may /Trend/

Bazar ertəsi yerli vaxtla saat 17:46-da Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib.

Gürcüstan Seysmoloji Monitorinq Xidmətindən Trend-ə verilən məlumata görə, episentrdə təkanların gücü 3,7 bal təşkil edib.

Episentrin mərkəzi Gürcüstan sərhədindən 10 kilometr aralıda, Ermənistan ərazisində 5 kilometr dərinlikdə olub.

Dağıntı və xəsarətlər barədə məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti