Azərbaycan, Bakı, 24 may /Trend, müxbir T.Cəfərov/
İranda Tehran-Məşhəd reysində kupelərin birində qatar bələdçisi Əfşin Feyzbəxş içərisində 120 ədəd qızıl sikkə, 53 ədəd qızıl qolbaq və 4 ədəd qızıl külçə olan çantanı taparaq onu sahibinə qaytarıb. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat verir.
Məlumata əsasən, Feyzbəxş may ayının 15-də ümumi dəyəri 160 min dollardan çox olan çantanı tapdıqdan sonra onu Məşhəd şəhər vağzalında itirilmiş əşyaların saxlanıldığı yerə təvhil verib. Daha sonra Dəmir Yol İdarəsinin gördüyü tədbirlər nəticəsində çantanın sahibi tapılıb və çanta ona təhvil verilib.
Bu gün Əfşin Feyzbəxşin gördüyü xeyirxah əməlinə görə ona təşəkkür etmək üçün İranın Dəmir Yol İdarəsinin rəhbəri Əbdüləli Sahib Məhəmmədinin iştirakı ilə mərasim təşkil olunub.
Feyzbəxşə təşşəkürnamə və qiymətli hədiyyələr təqdim olunub.