...

Binəqədidə sərnişin avtobusu aşıb, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB)(FOTO)

Hadisə Materials 31 May 2012 09:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may / Trend müxbir K.Zərbalıyeva/

Bu gecə Bakıda sərnişin avtobusu aşıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, mayın 30-dan 31-ə keçən gecə, saat 00:10-da Binəqədi şosesində, Binəqədi rayon yol polisi şöbəsinin yaxınlığında 133 saylı avtobus yoldan çıxaraq yolun kənarındakı kafenin heyətinə girib.

Hadisə zamanı avtobusdakı 5 sərnişin xəsarət alıb.

Hadisə yerinə olan şahidlərin Trend-ə verdiyi məlumata görə, qəza nəticəsində 7 nəfər xəsarət alıb. Şahidlər avtobus sürücüsünün içkili vəziyyətdə olduğunu bildiriblər. Qəza zamanı kafeyə maddi ziyan dəyib.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti