...

Azərbaycanda Kür çayında və kanalda çimən 3 nəfər batıb

Hadisə Materials 6 İyun 2012 18:16 (UTC +04:00)
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.
Azərbaycanda Kür çayında və kanalda çimən 3 nəfər batıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Kür çayında və kanalda çimən 3 nəfər batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Samux rayonu, Yenikənd kəndində kanalda 1 nəfər, Kür çayının Sabirabad rayonu, Muğan Gəncəli kəndindən və Ağstafa rayonu, Qıraq Kəsəmən kəndindən keçən hissələrində hər birində 1 nəfər olmaqla 2 nəfər çimərkən batıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.

Xəbər lenti

Xəbər lenti