...

FHN Qobustanda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

Hadisə Materials 27 İyun 2012 15:32 (UTC +04:00)
Qobustan rayonunda, Bakı-Şamaxı yolunun 110-cu km-də "KAMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.
FHN Qobustanda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Qobustan rayonunda, Bakı-Şamaxı yolunun 110-cu km-də "KAMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə, "VAZ" markalı minik avtomobilinin sürücüsü və avtomobildə olan 4 sərnişin hadisə yerində vəfat ediblər.

Yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxslərin cəsədlərini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti