...

Gəncədə bu ilin birinci yarısında 10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Hadisə Materials 2 İyul 2012 10:33 (UTC +04:00)
Cari ilin ötən 6 ayında Gəncədə 264 müxtəlif cinayət hadisəsi qeydə alınıb.
Gəncədə bu ilin birinci yarısında 10 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Mehdiyev/

Cari ilin ötən 6 ayında Gəncədə 264 müxtəlif cinayət hadisəsi qeydə alınıb.

Gəncə şəhər Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu cinayətlərin içərisində rezonans doğuran hadisələr - adamları girov götürmə, quldurluq, ölüm hadisələri baş verməyib.

Həmin cinayətlərin 56-sı adam döymə, yüngül xəsarət, narkotik vasitələrdən istifadə olub və polisin çevikliyi sayəsində 10 kiloqrama yaxın narkotik maddə dövriyyədən çıxarılıb.

İlin birinci yarısında 19 yol-nəqliyyat hadisəsi baş verib, 13 xuliqanlıq hadisəsi qeydə alınıb, 4 avtomobilin qaçırılması faktı aşkar olunub, 13 dələduzluq hadisəsi baş verib.

6 ay ərzində insan sağlamlığına zərər vuran 18 fakt, insan alveri ilə bağlı 1 fakt, oğurluq hadisəsi ilə bağlı 48 fakt qeydə alınıb.

Bu cinayətlərin 26-sı vətəndaşların maşınlarından maqnitofon, təkər oğurlanması hadisəsi olub, 22-si isə xüsusi təhlükəli cinayətkarlar tərəfindən törədilib. 34 il məhkumluq həyatı yaşamış Əmirxan Musayevin 30-a yaxın rayonda müxtəlif oğurluqlar etməsi, 20-yə yaxın yüngül ev oğurluqları törətməsi aşkar olunub və cinayətə qurşanmış həmin şəxs tutularaq istintaq orqanlarına təhvil verilib.

Həyata keçirilmiş konkret tədbirlər nəticəsində 8 aya yaxındır ki, quldurluq, soyğunçuluq halları baş vermir.

Qeyd etmək lazımdır ki, baş vermiş cinayətlərin hamısının üstü isti izlərlə açılır. İlin 6 ayında cinayət hadisələrinin üstünün açılması 98,5 faiz təşkil edir.

İlin birinci yarısında Gəncə polisi tərəfindən 6 avtomat, 5 ədəd tapança, 15-ə yaxın qumbara və digər döyüş sursatları aşkar olunub, bununla əlaqədar cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti